Qaradağda gənc oğlan bıçaqlanıb

09:40 19-09-2021 477

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Xankişiyev Ağaxan Rövşən oğlu “Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlanıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

A.Xankişiyev əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.