Namik Ələskərovun komandası baş məşqçi ilə vidalaşıb

19:00 19-09-2021 424

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə “Bursaspor”u baş məşqçisi Fatih Tekke ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna I liqada mübarizə aparan komandanın uğursuz çıxışı səbəb olub. Bursa təmsilçisi Tekkenin başçılığı altında meydana çıxdığı 4 oyunda cəmi 4 xal toplaya bilib.

Qeyd edək ki, Fatih Tekke avqustun 24-də “Bursaspor”a baş məşqçi təyin olunmuşdu.