Rusiya Dövlət Dumasına seçkilər başa çatıb - YENİLƏNİB

22:20 19-09-2021 347

VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə başa çatıb.

Paytaxtda və ölkənin Mərkəzi regionlarında seçki məntəqələri bağlanıb.

Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir. Ölkə üzrə seçici aktivliyi 50 faizdən çox olub.

Parlamentin aşağı palatası ilə paralel olaraq Rusiya subyektlərinin regional və yerli hakimiyyət orqanlarına, o cümlədən yerli qanunverici orqanlara seçkilər keçirilib.

Rusiya parlamentinin aşağı palatasına seçilmək üçün partiyalar tərəfindən namizədliyi irəli sürülmüş 3812 nəfər mübarizə aparıb. Təkmandatlı dairələrdən isə parlamentdə üzv seçilmək üçün namizədlərin sayı 2020 nəfər olub.

09:29

Sentyabrın 17-dən 19-dək Rusiyada müxtəlif səviyyəli seçkilər keçirilir.

Ölkə vətəndaşları VIII çağırış Dövlət Dumasının deputatlarını, doqquz subyektin rəhbərini (digər üç bölgədə ən yüksək inzibati şəxsləri qanunverici məclislərin deputatları seçəcək) və 39 regional parlamenti seçməli olacaqlar.

Bu günlərdə bələdiyyə seçkiləri də keçirilir.

Seçki məntəqələri yerli vaxtla 8:00-dan 20:00-dək işləyəcək.

Əsas səsvermə günü sentyabrın 19-na təyin edilib.

Mənbə: TASS