Messi yenə qol vura bilmədi, “Real” qələbə qazandı, Turində sülh oldu - VİDEO

01:40 20-09-2021 493

Avropada bir neçə maraqlı matç yekunlaşıb. 

İtaliya çempionatında dördüncü turun mərkəz qarşılaşması baş tutub. “Yuventus”la “Milan qarşılaşıb. Hesab 1:1 olub. 

İspaniya çempionatının beşinci turunda isə “Real” (Madrid) səfərdə “Valensiya”nın qonağı olub. “Kral” klubu matçın sonuna 5 dəqiqə qalmış iki qol vuraraq əzmkarcasına qələbə qazanıb – 1:2. 

Messili PSJ isə Fransa çempionatının altıncı turunda “Lion”la qarşılaşıb. Messi qol vurmasa da, komandası qələbə qazanıb - 2:1.

Oyunun diqqət çəkən məqamı isə PSJ-nin baş məşqçisi Poçettinonun matçın 76-cı dəqiqəsində Messini əvəzləməsi olub. Bu addım futbolçunun qəzəbinə səbəb olub.