İstanbul derbisində “Fənərbağça” məğlub oldu

03:40 20-09-2021 444

Sentyabrın 19-da futbol üzrə Türkiyə çempionatının V turu çərçivəsində "Başakşəhər" doğma meydanda "Fənərbağça"nı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibinin qapısından iki cavabsız top keçirib - 2:0.

"Başakşəhər"in qollarını Stefano Okaka (16) və Fredrik Qulbrendsen (90+1) vurub.