Azərbaycan Premyer Liqasında liderin dəyişməsi üçün darmadağın lazım gələcək

10:40 20-09-2021 579

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

HerGun.Az xəbər verir ki, turun son günündə bir oyun keçiriləcək.

Günün yeganə qarşılaşması Suraxanı qəsəbəsində yerləşən “Azərsun Arena”da təşkil olunacaq. Cari mövsümdə məğlub olmayan “Qarabağ” “Sumqayıt”ı sınağa çəkəcək.

Hazırda turnir cədvəlinin lideri məğlubiyyətsiz irəliləyən “Qəbələ”dir. “Qarabağ” “Qəbələ” ilə xalları bərabərləşdirmək üçün bu matçda mütləq qalib gəlməlidir. Həmçinin, Qurban Qurbanovun yetirmələri zirvəyə yüksəlmək üçün Sumqayıt komandasını ən azı 5 top fərqilə darmadağın etməlidir.

Azərbaycan Premyer Liqası
IV tur
19:00 “Qarabağ” – “Sumqayıt”

Baş hakim: Kamal Umudlu
Bakı. “Azərsun Arena”

1

Qəbələ

4

3

1

0

11-3

10

2

Qarabağ

3

2

1

0

6-2

7

3

Neftçi

4

2

1

1

8-5

7

4

Səbail

4

2

0

2

2-8

6

5

Sumqayıt

3

2

0

1

4-1

6

6

Zirə

4

1

2

1

5-4

5

7

Sabah

4

0

1

3

1-6

1

8

Keşlə

4

0

0

4

1-9

0

Bombardirlər: David Volkovi (“Zirə”), Ülvi İsgəndərov (“Qəbələ”) – 3.