Azərbaycan içkiləri beynəlxalq sərgidə nümayiş olunacaq

14:40 20-09-2021 421

Sentyabrın 21-24-də Rusiyanın Moskva şəhərində “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən HerGun.Az-a verilən məlumata əsasən, sərgidə Azərbaycanın 20-dən çox şirkətinin istehsal etdiyi meyvə şirələri, şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş etdiriləcək.

Həmçinin, sərgidə ölkəmizin mədəniyyəti və mətbəxi, turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.

Qeyd edək ki, Azərbaycan bu il artıq beşinci dəfə “WorldFood 2021” sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.