Permdə matəm elan edildi

15:40 20-09-2021 320

Rusiyanın Perm vilayətinin qubernatoru Dmitri Maxonin 21 sentyabrı Perm Dövlət Milli Araşdırma Universitetində baş verən atışmada həlak olanlarla əlaqədar matəm günü elan edib.

“Sabah matəm günü olacağına qərar verildi. Bu gün bütün qurumlarda təhsil prosesləri dayandırıldı”, - deyə o bildirib.

Qeyd edək ki, Timur Bekmansurov adlı şəxsin insanlara atəş açması nəticəsində 8 nəfər həlak olub, 28 nəfər yaralanıb.

Mənbə: TASS