Hacıqabulda “Ford” “KamAZ”a çırpılıb, xəsarət alan var

23:00 20-09-2021 315

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistralının rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Nəticədə “Ford”un sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.