Elnur Əşrəfoğlunun son vəziyyəti AÇIQLANDI

10:00 21-09-2021 314

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.

“Yeni Klinika”dan HerGun.Az-a verilən açıqlamada bildirilib ki, E.Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır:

“Ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün ECMO-ya qoşulub”.

Qeyd edək ki, 10 il öncə Elnur Əşrəfoğlunun böyrəyinin biri çıxarılıb. O, bu ayın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra “Yeni Klinika”ya köçürülüb.

İlhamə Əbülfət