Qazaxda bıçaqlanma

23:09 18-08-2019 1115

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, insident rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 33 yaşlı Seymur Qocayev naməlum şəraitədə bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan S.Qocayevin vəziyyəti kafi olaraq qalır.

Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırma aparılır.

Nazir Quliyev