Azərbaycanda gənc oğlan kanala yıxılaraq xəsarət alıb - VİDEO

14:00 21-09-2021 309

Göyçay şəhəri, Vidadi küçəsində bir gənc beton kanala yıxılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ilkin məlumata əsasən müəyyən olunub ki, 1996-cı il təvəllüdlü Əliyev Ramazan Mürşüd oğlu içərisində su olmayan beton kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən müvafiq vasitələrlə kanaldan çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.