Braziliya prezidenti peyvənd sertifikatı olmadığı üçün restorana buraxılmadı

14:40 21-09-2021 324

Braziliya Prezidenti Jair Bolsonaru COVID-19-a qarşı peyvənd olunmadığı üçün Nyu-Yorkda restorana buraxılmayıb.

Dövlət başçısı BMT BAŞ Assambleyasının 76-cı sessiyası iştirak üçün ABŞ-a səfər edib. Baş Assambleyanın keçiriləcəyi məkana daxil olmaq üçün peyvənd sertifikatı tələb olunmasa da, Braziliya lideri restorana daxil olarkən əngəllə qarşılaşıb.

Xatırladaq ki, Nyu-York şəhərində ictimai iaşə obyektlərini koronavirusa qarşı peyvənd sertifikatı olmadan ziyarət etmək qadağan edilib.

Mənbə: “Reuters”