Sürücülərin NƏZƏRİNƏ: Hərəkət qismən məhdudlaşdırılacaq

15:40 21-09-2021 310

Bu gün axşam saatlarından etibarən paytaxtın Ceyhun Səlimov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə HerGun.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib. 

O bildirib ki, 21 sentyabr saat 20:00-dan 22 sentyabr saat 08:00-dək Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.