Azərbaycanda 33 yaşlı kişi minaya düşdü - YENİLƏNİB

14:40 22-09-2021 298

22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Bununla bağlı Qazax Rayon Prokurorluğundan məlumat verilib

Prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

13:33

Qazax rayonunda kişi minaya düşüb.

HerGun.Az-ın məlumatına görə, rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Mərdanov Məmməd rayonun Bala Cəfərli kəndində minaya düşərək ölüb.

İlkin məlumata görə hadisə traktorla yer şumlayan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət