Rusiyada daha bir tələbə qətliamının qarşısı alınıb

16:40 22-09-2021 353

Rusiyanın Krasnoyarsk diyarının Krasnoturanski rayonundakı Cənub Aqrar texnikumunda oxuyan 18 yaşlı tələbə öz qrup yoldaşlarını öldürməyi planlaşdırıbmış.

Faktla bağlı cinayət işi başlanıb.

FTB məlumatı təsdiqləyib.

Bildirilir ki, o, cinayət barədə 2020-ci ildə düşünüb, cari ilin sentyabr ayında isə həyata keçirmək istəyib. Bu məqsədlə aerozol və patronlardan silah hazırlayıb, həmçinin bıçaqdan istifadə etməyi fikirləşib.

İstintaqın versiyasına görə, qanlı plana səbəb gəncin onu alçaldan və təhqir edən tələbə yoldaşları ilə münaqişəsi olub.

Hazırda gənc psixoloji xəstəlik şübhəsi ilə regional psixonevroloji dispanserdə müayinə olunur.

İstintaq aparılır, onun həbs olunması məsələsi müzakirə olunur.

Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın başqa bir şəhərində tələbə öz oxuduğu universitetə etmişdi. Hadisə nəticəsində səkkiz nəfər ölüb, 28 nəfər yaralanıb.

Mənbə: “Borus” “Telegram” kanalı