Almaniyanın səhiyyə naziri pandemiyanın bitəcəyi tarixi açıqladı

00:40 23-09-2021 474

Almaniyanın səhiyyə naziri Yens Şpan koronavirus pandemiyasının bitəcəyi tarixi açıqlayıb.

O, “Augsburger Allgemeine” nəşrinə müsahibəsində 2022-ci ilin yaz aylarında kollektiv immunitetə nail olunacağını və bununla da, pandemiyanın sona çatacağını gözlədiklərini bəyan edib.

Nazir COVID vaksinlərin təsirini aşa bilən yeni mutasiyaların meydana çıxma ehtimalını olduqca aşağı qiymətləndirib. O, məhz növbəti bahardan etibarən normal həyat şərtlərinə dönüləcəyini bildirib.

Mənbə: “Anadolu”