Azərbaycanlı səfir Qətərin mədəniyyət və idman naziri ilə görüşdü

14:00 23-09-2021 306

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin mədəniyyət və idman naziri Salah bin Qənim Əl-Ali ilə görüşüb.

HerGun.Az xəbər verir ki, görüşdə Azərbaycan və Qətər arasında mədəniyyət və idman sahələrində əməkdaşlıq əlaqələri müzakirə edilib.

Bundan başqa bu sahədə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.