Kürdəmirdə avtomobil aşdı: Xəsarət alan var - FOTO

15:20 23-09-2021 294

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli rayon sakini, 57 yaşlı Rüstəmov Faiq Şəmil oğlu Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.