ABŞ alimi Corc Buşun tədbirdəki çıxışını yarımçıq kəsib onun həbsini tələb etdi – VİDEO

00:40 24-09-2021 401

Kaliforniya universitetinin alimi Ceb Spreyq ABŞ-ın keçmiş prezidenti Corc Buşun çıxışını yarıda kəsərək onu müharibə cinayətkarı adlandırıb və həbsini tələb edib.

Hadisə Los-Ancelesdəki “The Distinguished Speaker Series” tədbiri zamanı baş verib.

Spreyq Buşu milyonlarla iraqlı və on minlərlə amerikalının ölümündə ittiham edib.

Tədbirin aparıcısı alimin auditoriyaya hörmətsizlik etdiyini bildirsə də, Buş ABŞ-da insanların prezidentə birbaşa müraciət edə biləcəyini vurğulayaraq, Spreyqə əl yellləyib.

Mənbə: “Daily Sabah”