“Mets”in baş məşqçisi Mbappeni təvazökar olmağa çağırdı

06:00 24-09-2021 382

Fransanın “Mets” klubunun baş məşqçisi Frederik Antonetti PSJ-nin hücumçusu Kilian Mbappenin davranışını tənqid edib.

“Mbappeni çox istəyirəm, amma sevilmək istəyirsə, fərqli davranmalıdır. Daha təvazökar olsaydı, onun üçün yaxşı olardı”, - deyə Frederik Antonetti vurğulayıb.

Xatırladaq ki, sentyabrın 22-də Fransa çempionatında “Mets”lə PSJ üz-üzə gəlib.

Qarşılaşma 2:1 hesabı ilə parislilərin xeyrinə başa çatdı.

95-ci dəqiqədə Əşrəf Hakimi PSJ-nin qələbə qolunu vurandan sonra Kilian Mbappe “Mets”in qapıçısına yaxınlaşaraq ona nələrsə deyib və nəticədə meydanda qarşıdurma yaranıb.

Mənbə: “L'equıpe”