Sükan arxasından enib sürücüyə başı ilə zərbələr endirdi - VİDEO

08:40 25-09-2021 409

İstanbulun Ataşehir rayonunda yük avtomobilini idarə edən şəxslə motosiklet sürücüsü arasında mübahisə yaranıb.

Mübahisənin davamında yük avtomobilinin sürücüsü sükan arxasından enərək başı ilə motosikleti idarə edən şəxsə zərbələr endirib.

Hadisə orada olan avtomobillərdən birinin avtomobilindəki videoregistrator vasitəsi ilə qeydə alınıb.

Hadisə yerinə gələn polis mübahisə edən sürücüləri ayırıb.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)