Azərbaycan "Toyota Dream Car" yaradıcılıq müsabiqəsinin qalibi oldu - FOTO

10:36 19-08-2019 25

Toyota Motor Corporation müsabiqənin qalibi olan 8 yaşlı Kənan Aruzmanovu Yaponiyaya çağırır.
 
İSR Auto – Toyota Bakı Mərkəzi tərəfindən bu ilin yanvar ayında start verən 13-cü "Toyota Dream Car" Beynəlxalq Rəsm Müsabiqəsi Kənan Arzumanovun qələbəsi ilə başa çatdı.

Peşəkar heyətdən təşkil olunmuş münsiflərin qərarı ilə, yerli seçimlərdə  8 yaşlı Kənan 10 qalibindən biri olmuşdu. O, Təhsil Nazirliyinin 2 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsidir.

Artıq 5 ildir ki, Toyota Bakı Mərkəzi, Toyota Motor Corporation tərəfindən təşkil edilən "Toyota Dream Car" qlobal uşaq rəsm müsabiqəsində iştirak edir. Ənənəvi olaraq beynəlxalq müsabiqənin  münsiflər heyəti - Yaponiyanın tanınmış sənətçiləri, reklam sənayesinin, motorsportun, beynəlxalq avtomobil jurnalistikasının nümayəndələri və Toyota Motor Korporasiyasının prezidenti Akio Toyoda müsabiqəyə 80-dən çox ölkədən daxil olan 700-dən çox rəsm əsərinə baxıblar. Ümumilikdə müsabiqədə iştirak üçün 500.000-dən çox müraciət olunmuşdur.

8 yaşlı Kənan Arzumanov "Eko sürətliToyota" rəsmi ilə dünya üzrə qalib olub və "Toyota Motor Corporation" tərəfindən baş mükafat -"Yaponiyaya səyahət” qazanıb. Yaponiyada keçiriləcək rəsmi tədbirdə Kənan Arzumanov "Toyota”nın prezidenti cənab Akio Toyoda tərəfindən mükafatlandırılacaq. Avqustun 28-də Kənan ailəsi ilə birgə Yaponiyaya səfər edəcək.

İSR Auto 2020-ci il üçün keçirilməyi planlaşdırılan 14-cü "Toyota- Arzuların Maşını" Beynəlxalq Rəsm müsabiqəsinə qatılmaq istəyən istedadları təkcə Bakıdan deyil, regionlarmızdan da qatılmaq şansı yaradacaq. Beləki, gələn il müsabiqədə həm Toyota Bakı Mərkəzi, həm də Toyota Gəncə Mərkəzi vasitəsilə iştirak mümkün olacaq.

Müsabiqə haqqında məlumat və qatılmaq haqda şərtlərlə bağlı Toyota Bakı Mərkəzinin rəsmi səhifələrini izləyə bilərsiniz:

www.toyotabaku.az

www.facebook.com/ToyotaCenterBaku

www.instagram.com/ToyotaCenterBaku