Hidayət Heydərov sevimli çəkisinə dönüşünü “qızıl”la qeyd etdi

21:20 25-09-2021 473

Xorvatiyanın paytxatı Zaqrebdə cüdo üzrə Qran Pri yarışları davam edir.

HerGun.Az xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov sözügedən turnirdə qızıl medal qazanıb.

Uzun zaman sonra sevimli çəkisinə, 73 kiloqrama qayıdan Heydərov dönüşünü çempionluqla qeyd edib.

Belə ki, finala qədər uğurla irəliləyən idmançımız həlledici mərhələdə moldovalı cüdoçu Viktor Sterpu ilə qarşılaşmanı da qalib başa vurub.

Turnirdəki digər təmsilçimiz Məmmədəli Mehdiyev (90 kq) isə mübarizəyə sentyabrın 26-da qoşulacaq. Onun ilk görüşdə rəqibi Sebastian Oldak (Polşa) - Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.

Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayır.

Zaur Xudiyev