Vladimir Putin Rusiya Dövlət Dumasının rəhbərliyinə kimi layiq bildiyini açıqladı

21:40 25-09-2021 322

Rusiya Prezidenti Vladimir Putin Vyaçeslav Volodinin səkkizinci çağırış Dövlət Dumasına rəhbərlik etməyə layiq olduğunu bildirib.

O, bu sözləri Dumada təmsil olunmaq haqqı qazanan partiya sədrləri ilə görüşü zamanı deyib.

“Buna səsvermə zamanı siz qərar verəcəksiniz, ancaq mən hesab edirəm ki, Vyaçeslav Volodin Dövlət Dumasına və onun səkkizinci çağırışına rəhbərlik etməyə tamamilə layiqdir”, - deyə V.Putin bildirib.

Mənbə: “Russian Today”