Bu ərazilərdə qaz yoxdur

11:18 19-08-2019 956

Bu gün bir sıra ərazilərə təbii qazın verilişində məhdudiyyətlər tətbiq olunub.

"Azəriqaz" İstehsalat Birliyinin məlumatına əsasən, saat 10:00-dan etibarən Sumqayıt şəhərinin bir neçə məhəllə və mikrorayonunda, eləcə də Corat, Novxanı, Saray, Ceyranbatan və "Metallurq bağları" yaşayış sahələrində qaz təchizatı dayandırılıb. Məhdudiyyət işlər başa çatanadək davam edəcək.

Bu müddət ərzində "Şəhər-4" orta təzyiqli qaz kəmərindən ayrılan qollarda siyirtmələrin əvəzlənməsi işləri aparılacaq.