Almaniyadakı parlament seçkilərində “Exit-poll” nəticələri: Merkelin partiyası uduzdu

00:20 27-09-2021 342

Almaniyada keçirilən parlament seçkilərində “exit poll”ların nəticələri açıqlanıb.

ZDF telekanalının sifarişi ilə keçirilən sorğuda Sosial-Demokratların 26% səs qazandığı, Xristian-Sosialist və Xristian-Demokratlar İttifaqları blokunun isə 24% səs əldə etdiyi bildirilib.

ARD telekanalının sorğusu isə rəqiblərin hər ikisinin 25% səsə malik olduqlarını göstərib.

Artıq Sosial Demokratların seçki qərargahından partiyanın yeni hökuməti formalaşdırmaq üçün mandat əldə etdiyi barədə xəbər yayılıb.

Ümumilikdə, bu iki siyasi təşkilatla yanaşı, “Yaşıllar”, “Azad demokratik partiya” və “Almaniya üçün alternativ” partiyalarının sayca 20-ci parlamentdə təmsil oluanacağı qeyd edilib.

Mənbə: TASS