Serena Uilyams 40-a çatdı

02:40 27-09-2021 448

Tanınmış tennis ustası Serena Uilyamsın 40 yaşı tamam olub.

Amerikalı idmançı karyerası ərzində 23 dəfə “Böyük dəbilqə” seriyalı turnirlərin qalibi olub. Bu göstəricidə o yalnız avstriyalı Marqaret Kortdan cəmi bir titul geri qalır.

Serena dörd “Böyük dəbilqə”ni iki dəfə ardıcıl qazanan nadir tennisçilərdəndir. Yalnız almaniyalı Ştefi Qraf üç dəfə böyük dördlüyün ardıcıl şəkildə qalibi olmağı bacarıb.

Uilyamsın kolleksiyasında dörd Olimpiya qızılı da var. Onlardan biri tək, qalanları isə cütlüklərin yarışlarında əldə olunub

Bununla yanaşı, Uilyams bacılarının kiçiyi olan Serena 319 gün ərzində fasiləsiz olaraq dünya tennisçiləri reytinqinə başçılıq edib ki, bu da sayca üçüncü ən uzunmüddətli göstəricidir.

Mənbə: Sports.ru