Rusiyalılar zibil yeşiklərindəki vaxtı ötmüş məhsullar üçün “mübarizə” aparır – VİDEO

04:40 27-09-2021 406

Rusiyada supermarket önündəki zibil yeşikləri əsl mübarizə meydanına çevrilib.

İnsident Novosibirskdə baş verib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Burada bir qrup, başlıca olaraq yaşlı şəxslərin supermarketin önündəki zibil yeşiklərinə atılan vaxtı ötmüş məhsulları əldə etmək uğrundakı canfəşanlığı əks olunub.

Onlardan biri rahatlıq üçün özü ilə taburet də gətirib.