Antrim şəhərində şəhidlərimiz yad edilib - FOTO

16:20 27-09-2021 290

Şimali İrlandiyada yaşayan Azərbaycan icmasının təşəbbüsü, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Pərvanə Ağazadənin iştirakı ilə Antrim şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya keçirilib. 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Antrim şəhərində yerləşən “Qala Bağları”nın (“Castle Gardens”) əklil ərazisində toplaşan soydaşlarımız 44 günlük Vətən müharibəsi dönəmində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş igid əsgər və zabitlərimizin, eləcə də bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər. Onlar əllərində Azərbaycan bayrağını və Azərbaycanda Anım Gününün keçirilməsini əks etdirən plakatları nümayiş etdiriblər.

Qeyd edək ki, “Qala Bağları”nın əklil ərazisi şəhidlərin yad edilməsi üçün yaradılmış məkandır.