Qazaxda avtomobil piyadanı vurub

00:40 28-09-2021 379

Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

“VAZ-2106” markalı avtomobil Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Alixan Kərimovu vurub.

Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.