Ronaldu “Mançester Yunayted”in baş məşqçisi olmağa hazırlaşır

07:00 28-09-2021 496

Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasını başa vurduqdan sonra “qırmızı şeytanlar”ın gənclər komandasının baş məşqçisi olmaq istəyir.

Mənbə yazır ki, bu iş Ronalduya həm də “qırmızı şeytanlar”ın düşərgəsində məşqlərə başlayan oğlu, balaca Ronaldunun uğurlarını şəxsən müşahidə etməyə imkan verəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm “Mançester Yunayted”in heyətində meydana çıxdığı üç oyunun hamısında bir dəfə qol vurmağı bacarıb.

Həmçinin K. Ronaldunun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin iyun ayına qədər qüvvədədir və bir il daha uzadılması mümkündür.

Mənbə: “The Sun”