Həbib Nurməhəmmədov Türkiyədə hotel tikdirir - FOTO

07:40 28-09-2021 466

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Türkiyənin cənubunda, Aralıq dənizi sahilində yerləşən kurort şəhəri Alanyada hotel inşa etdirir.

Keçmiş UFC çempionu bu gün Alanyada İslam konsepsiyası standartları səviyyəsində inşa ediləcək hotelin tikinti meydançasında olub, layihə ilə yaxından tanış olub.

Keçmiş peşəkar döyüş ustası vurğulayıb ki, bu günə qədər oxşar bir layihə ilə rastlaşmayıb:

“İslami baxımından da çox gözəl bir layihədir. Burada həm sərmayəm, həm də öz mənzilim olacaq”, - deyə Həbib Nurməhəmmədov vurğulayıb.

Mənbə: “Sporx”