ESL tərəfindən keçirilən turnirin qalibi olan ilk Azərbaycan komandası

14:20 28-09-2021 419

Beynəlxalq Elektron İdman Liqasının təşkil etdiyi kiberidmanın PUBG Mobile oyunu üzrə ESL Mobile Open yarışına yekun vurulub. 16 komandanın təmsil olunduğu onlayn turnirdə Avropa və Asiyanın  tanınmış oyunçuları da bacarığını sınayıb. 

İki ay davam edən yarışın sonunda ölkəmizin GMT Esports komandası turnirin qalibi adını qazanıb. Bütün görüşlərdə yüksək peşəkarlıq nümayiş etdirən oyunçularımız “GMT Esports” kollektivinin çempion olmasına böyük töhfə verib. 

Birinci yerə layiq görülən “GMT Esports” həm də 3000 ABŞ dolları qazanıb.

Qeyd edək ki, “GMT Esports” gərgin rəqabətli yarışda Rusiyanın “1218” və İsveç-Ukraynanın müştərək “GODSENT” komandalarını qabaqlayıb.