Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

16:40 28-09-2021 329

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 67 400 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 043 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 417 975, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 730 132, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 687 843 təşkil edir.