Xudayar təsnifini oxuyan qazi müharibədə başına gələnlərdən danışdı - VİDEO

18:00 28-09-2021 342

Baku TV-də yayımlanan “44 gün əsgər Rəşadla” verilişinin budəfəki buraxılışının qəhrəmanı Vətən müharibəsi qazisi Taleh Məmmədovdur. 

Füzuli istiqamətində gedən döyüşlərdə ayağından qəlpə yarası alan qazi döyüşə başlayarkən keçirdiyi hisslərdən, yaralanma anından danışıb. 

O, arxa cəbhədə xalqın orduya dəstək nümayiş etdirməsinin onları daha da ruhlandırdığını deyib.

Ətraflı verlişi təqdim edirik: