“Taliban”dan ABŞ-a xəbərdarlıq: “Əks təqdirdə, bunun müxtəlif nəticələri ola bilər”

21:40 28-09-2021 361

Əfqanıstanda hakimiyyətə gəlmiş “Taliban” hərəkatı ABŞ-ın pilotsuz uçan aparatlarının Əfqanıstanın hava sahəsinə qanunsuz daxil olmasının yolverilməz olduğunu açıqlayıb. 

Müvafiq açıqlama hərəkatın nümayəndəsi Zabihullah Mücahidin “Twitter” səhifəsində dərc edilib.

“Amerika Birləşmiş Ştatlarının pilotsuz təyyarələri ölkəmizin hava məkanına daxil olaraq suverenliyimizi və beynəlxalq hüquq normalarını pozur. Belə halların qarşısı alınmalıdır. Biz ABŞ -ı “Taliban” və Vaşinqton arasında imzalanan Doha razılaşmalarına riayət etməyə çağırırıq. Əks təqdirdə, bunun müxtəlif nəticələri ola bilər”, - Zabiullah Mücahid qeyd edib.

Mənbə: TASS