Aleks Ferqyuson VAR sisteminə münasibət bildirdi

22:20 28-09-2021 427

“Mançester Yunayted”in şotlandiyalı sabiq məşqçisi Aleks Ferqyuson VAR sisteminin tətbiqinə münasibətini bildirib.

79 yaşlı futbol mütəxəssis qeyd edib ki, bir müddətdən sonra bütün futbol dünyası bu sistemə öyrəşəcək və şikayət etməyi dayandıracaq.

“Hakimlərin qərarlarında mübahisəli məqamlar hər zaman olacaq. Yüz il ərzində hakimlərin verdiyi qərarları başa düşmürdük və onlardan şikayət edirdik, amma artıq bunun öhdəsindən gəldik. Epizod olur və hakim qərar verməlidir. O, haqlı ola bilər və ya əksinə. Çox vaxt hakim haqlı olur, amma bəzən səhv də edir. Burada pis bir şey yoxdur”, - deyə şotlandiyalı sabiq məşqçi bildirib.

Mənbə: “Mançester Yunayted” rəsmi internet saytı