Bakıda 51 yaşlı kişi bıçaqlanaraq qarət edilib

00:00 29-09-2021 444

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan qəsəbəsində 1970-ci il təvəllüdlü Fərəcov Qalib Məmmədxan oğlu bir, yaxud bir neçə şəxs tərəfindən əvvəlcə rezin dəyənəklə döyülərək başından xəsarət alıb, sonra isə bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona alın nahiyəsinin əziyi və qarın boşluğunun 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Yaralı əməliyyat olunub.

Q.Fərəcovun dediyinə görə, o, bıçaqlandıqdan sonra üzərində olan pul qarət edilib.

Hadisənin təfərrüatı araşdırılır.