İsveçdə yaşayış binasında partlayış: Onlarla yaralı var - VİDEO

04:00 29-09-2021 386

İsveçin Qeteborq şəhərində yaşayış binasında partlayış baş verib. İlkin məlumatlara görə 20-25 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Partlayış yerli vaxtla 05:00-da (Bakı vaxtı ilə 07:00) baş verib. Bundan sonra yanğın başlayıb. Yanğının ocaqlarının bir neçə binada olduğu vurğulanıb.

Hadisə yerindən təxminən 100-200 arası adam təxliyyə edilib.

Partlayışın baş vermə səbəbləri araşdırılır.

Mənbə: Nordic News