İnsanların gözü qarşısında parfüm dükanını qarət etdilər - VİDEO

06:00 29-09-2021 509

Sosial şəbəkələrdə günün günorta çağı elə insanları gözü qarşısında parfüm dükanının qarət olunması ilə bağlı kadrlar yayılıb. Məlumata görə, görüntülər ABŞ-ın Çikaqo şəhərindəndir.

Videodan görünür ki, maskalı kişilər hamının gözü qarşısında malları piştaxtatadan torbalara yığır. Ətrafdakılar isə narazı görünsələr də heç bir şey etmirlər. Kadrlarda satıcı və mühafizəçi də görünür.

Qarətçilərin sonrakı taleyi barədə məlumat verilməyib.

Mənbə: 360 Telegram kanalı