Koronavirusun əsas simptomları dəyişib

07:00 29-09-2021 348

Son vaxtlar koronaviruslu xəstələrdə mədə-bağırsaq traktı ilə əlaqəli simptomlar daha tez -tez rast gəlinir.

Bu sözləri rusiyalı epidemioloq Xədicət Ömərova deyib:

“Koronavirus infeksiyası olan xəstələrdə edilən 35 araşdırmanın meta-analizinin nəticələrinə görə... mədə-bağırsaq traktının simptomlarının ümumi yayılması 15 % təşkil edir və ən çox rast gəlinənləri ürəkbulanma, qusma, ishal və iştahsızlıqdır”.

Mütəxəssis vurğulayıb ki, koronaviruslu hər onuncu xəstədə heç bir əlavə simptom olmaya bilər.

Epidemiyanın ikinci dalğasında virusun mədə-bağırsağa təsiri daha tez-tez ortaya çıxmağa başlayıb, Ömərova bunun COVID-19 mutasiyalarından qaynaqlandığını qeyd edib.

Xəstəliyin fonunda sistemli iltihab və mikrosirkulyasiya pozğunluğu səbəbindən mədə-bağırsaq mukozasının keçiriciliyinin artması müşahidə olunur.

Alimlər mədə-bağırsaq traktının tənəffüs sistemi ilə birlikdə koronavirusun “giriş qapısı” kimi xidmət edə biləcəyi hipotezini nəzərdən keçirirlər.

Mənbə: “RIA Novosti”