Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti iflic oldu - FOTO

09:00 29-09-2021 344

Səhər saatlarından Sumqayıtdan Bakıya gedən istiqamətdə nəqliyyatın hərəkəti iflic olub. 

HerGun.Az xəbər verir ki, saat 08:00 radələrində Bakı-Sumqayıt yolunun Saray postundan keçən hissəsində yol bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb. Təxminən 15 dəqiqə sonra avtomobillərin hərəkətinə icazə verilib. 

Yolda yaranan tıxac 20 Yanvar dairəsinə qədər uzanıb. 

Qeyd edək ki, bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

Dövlət Yol Polisi əməkdaşları nəqliyyatın hərəkətini tənzimləməyə çalışır.

Könül Cəfərli