Gəncədə 15 yaşlı oğlanı maşın vurdu

00:27 16-05-2019 9

Gəncədə yolu keçmək istəyən yeniyetməni maşın vurub.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində  qeydə alınıb.Şəhər sakini 15 yaşlı İlqar İsmayılov yolu keçmək istəyərkən onu minik maşını vurub.

Yaralı dərhal  Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. İ.İsmayılovun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Nazir QULİYEV