Şəhid oğlunun hərbi formasını geyinən Xalq artisti: “Evdəkilər bu paltarla təskinlik tapır” - FOTO

10:40 29-09-2021 317

“Qarabağ uğrunda müharibədə şəhid olan baş leytenant Rövşən Nurzadənin hərbi paltarı Tarix Muzeyinə verilib”.

Bunu Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur deyib. Aktyor şəhid oğlunun iki hərbi paltarının olduğunu vurğulayıb:

“Rövşənin paltarının birini Tarix Muzeyi aparıb, ikinci paltarını isə mən geyinirəm. Əynimdəki hərbi paltar oğlumundu. Evin divarından asılmışdı. Düşündüm ki, burda qalınca, özüm geyinim. Odur ki, tədbirlərə gedəndə onu geyinirəm. Evdəkilər də bu paltarla təskinlik tapır”.

Aktyorun sözlərinə görə, son vaxtlar dəvət aldığı tədbirlərdən təşkilatçılar ona hərbi paltarda gəlməyi xahiş edirlər:

“Salam oğlum” şeirini deməyimi istəyirlər. Bu şeir hərbi paltarda gözəl alınır”.

Mənbə: Qaynarinfo.az