Bakıdakı marketdə vaxtı ötən məhsullar satılır - VİDEO

14:20 29-09-2021 404

Bakı şəhərində saxlanma müddəti keçən məhsullar satılır. 

Bu barədə HerGun.Az-ın redaksiyasına ərazidə yaşayan vətəndaşlar bildirib. 

Qeyd edilib ki, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən “Nərmin” marketdə saxlanma müddəti keçmiş məhsullar satılır. 

Məsələ barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi ilə əlaqə saxladıq. 

AQTA-dan HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Agentliyin müfəttişləri tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticəsi barədə məlumat veriləcək”.

İlhamə Əbülfət