Ermənistanın keçmiş müdafiə naziri saxlanıldı: Növbə Xocalı qatilində

17:40 29-09-2021 362

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan saxlanılıb.

Bu gün onun evində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış aparılıb. D.Tonoyanın 2011-ci il keçirilmiş silah-sursat tenderi ilə bağlı saxlanıldığı qeyd olunur.

Tonoyandan sonra keçmiş müdafiə naziri olmuş daha bir şəxsin - Xocalı qatili Seyran Ohanyanın və Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi Yuri Xaçaturovun da həbs edilə biləcəyi qeyd edilir.

Mənbə: “Hraparak”