Bu günə qədər problemli kreditlərə nə qədər pul ayrılıb?

10:45 16-05-2019 8

Fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün Maliyyə Nazirliyi üç tranş çərçivəsində 430,6 milyon manat ayırıb.

Bununla bağlı HerGun.Az-a Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib. 

O bildirib ki, Prezident İlham Əliyevin 28 fevral tarixli ının icrasına uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə siyahı təqdim edilib:

“8-14 may tarixlərində müvafiq olaraq 53,5 mln. və 26,3 mln. manat vəsait bankların Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb. Aprelin 19-da isə Maliyyə Nazirliyi tərəfindən 350,8 mln. manat həcmində ilk tranş ayrılıb.

Ümumilikdə 430,6 mln. manat məbləğ bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülüb”.

Samir İsayev