Bonucci: “Məşqçimin Qvardiola olmasını arzulayırdım”

20:40 29-09-2021 484

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi bir neçə il bundan əvvəl “Mançester Siti”yə keçməyə çox yaxın olduğunu açıqlayıb.

“Mən məşqçimin Pep Qvardiola olmasını arzulayırdım. Bu arzumun yerinə yetməsinə ən yaxın olduğum vaxt 2016-cı ildir. “Siti”yə keçidin bir addımlığındaydım. Bir neçə detalı dəqiqləşdirmək qalmışdı ki, “Yuventus” qəfil məni satmamağı qərara aldı”, - deyə L.Bonucci bildirib.

Mənbə: “The Athletic”