"Sizi Tanıyaq" layihəsinin 1 illik hesabat konsert tədbiri keçirildi-Video

11:50 16-05-2019 13

12 may 2019-cu il tarixində Sabunçu Gənclər evində Asiya Fakt İnformasiya Agentliyi nəzdində fəaliyyət göstərən Sizi Tanıyaq layihəsinin 1 illik hesabat konsert tədbiri keçirildi. 

 Hergun.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri açıq elan edən saytın redaktoru və layihə rəhbəri Vüsalə Qələndərli bildirdi ki, layihəni yaratmaqda məqsədi istedadlı gəncləri aşkar etmək, məktəbliləri pis vərdişlərdən uzaqlaşdıraraq gizli istedadlarının üzə çıxarılmsında dəstək olmaqdır. Daha sonra çıxış edən Asiya.info saytının direktoru Şəfayət Avılbəyli artıq ənənə şəklini almış belə konsertlərin gənc istedadların həyatında mühüm rol oynadığını vurğuladı.Tədbirdə respublikanın tanınmış mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, Qazilər, media nümayəndələri iştirak etdi.Tədbir konsert proqramı ilə davam etdi. Fərqlənənlərə diplom və fəxri fərman verildi